08.05.2018-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon Kosalar kənd İƏD-si üzrə nümayəndəliyin dəstəyi, Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Şuşa şəhərinin və Xocalı rayon Kosalar kəndinin işğalının 26-cı ildönümü münasibətilə anım mərasimi keçirildi.
Mərasimdə Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, qəsəbədə fəaliyyət göstərən müəssisə, idarə rəhbərləri, məktəbli şagirdlər və qəsəbə sakinləri iştirak etdilər.
Mərasim iştirakçıları əvvəlcə qəsəbədə ucaldılan "Ana harayı" heykəli abidəsi önünə tər çiçəklər düzdülər. Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yed etdilər.
Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov, Yaloba kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Zülfü Quliyev, Əli Kərim adına Başkənd kənd tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Şakir Hümbətov, Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev, Kosalar kənd ağsaqqalı Kamran Məmmədov çıxış edərək Kosalar kəndi və ətraf yaşayış məntəqələri uğrunda gedən döyüşlərdən danışdılar. Bildirildi ki, Kosalar sakinləri kafir ermənilərə qarşı mərdliklə döyüşüblər. Kosalar kəndi I Qarabağ müharibəsində 19 şəhidi, 5 Milli Qəhrəmanı, 5 "İgidliyə görə" medalı, l "Azərbaycan Bayrağı" ordeni ilə təltifi ilə Dağlıq Qarabağda ən axırıncı işğal olunmuş yaşayış məntəqələrindən biridir.
Sonda Xocalı rayon Yaloba kənd tam orta məktəbinin Uşaq Birliyinin Rəhbəri Ulduz Əsgərovanın təşkil etdiyi bədii hissə nümayiş etdirildi. Şagirdlər vətənpərlik mövzusunda şeirlər səsləndirdilər.